Gürcüstanda zəlzələ oldu

gurcustanda-zelzele-oldu
Oxunma sayı: 2182

Gürcüstanda 4,5 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” gürcü mediasına isitnadən xəbər verir ki, zəlzələ Tbilisi vaxtı ilə 09:54-də Şida Kartli bölgəsində baş verib. Yeraltı təkanlar Kareli şəhərinin 21 kilometrliyində Levitan kəndi yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.