Gürcüstanda zəlzələ olub

gurcustanda-zelzele-olub
Oxunma sayı: 1005

Gürcüstanın cənubunda Samtse-Cavaheti bölgəsində 3,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Gürcüstan vaxtı ilə saat 07:18-də Ninotsminda şəhərindən 6 km, Sathe qəsəbəsindən 3 km uzaqlıqda qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.