Gürcüstanda zəlzələ olub

gurcustanda-zelzele-olub
Oxunma sayı: 1152

Gürcüstanın şimalında 4,8 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri Vladiqafqaz şəhərindən 67 kilometr cənub-şərqdə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Sosial şəbəkələrdə yazırlar ki, təkanlar Tbilisidə, həmçinin Çeçenistan, Dağıstan, İnquşetiya, Şimali Osetiyada hiss olunub.