Gürcüstanda zəlzələ olub

gurcustanda-zelzele-olub
Oxunma sayı: 1370

Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:36-da Dmanisi şəhərindən 25 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında qeydə alınıb.

Zəlzələ episentrdən təxminən yüz kilometr aralıda, Tbilisidə də hiss olunub. Ölənlər və dağıntılar barədə məlumat verilməyib.