“Gürcüstandakı hadisələr hakimiyyətin dəyişdirilməsi üçün bəhanədir”

gurcustandaki-hadiseler-hakimiyyetin-deyisdirilmesi-ucun-behanedir
Oxunma sayı: 2362

“Qanuna etiraz etmək hakimiyyətin güclə dəyişdirilməsi prosesinə başlamaq üçün bəhanədir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Gürcüstandakı “xarici agent” qanun layihəsinə etirazları Ukraynadakı Meydan hadisələrinə bənzədib.

“Şübhəsiz ki, büdcəsinin 20 faizi həcmində maliyyə dəstəyi alan qeyri-hökumət təşkilatlarının etiraz aksiyası keçirməsi hakimiyyətin zorla dəyişdirilməsi prosesinə başlamaq üçün bəhanədir”, - deyə Lavrov bildirib.