Gürcüstandan Azərbaycana idxalın həcmi azalıb - 3 dəfədən çox

gurcustandan-azerbaycana-idxalin-hecmi-azalib-
Oxunma sayı: 970

Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi bu ilin yanvar-iyun aylarında 264 319,8 min ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144337,3 min dollar yaxud 35,32% azalma deməkdir.

QafqazinfoReport.az-a istinadən xəbər verir ki, bu rəsmi Tbilisinin xarici ölkələrlə apardığı ticarət dövriyyəsinin 4,6%-nə bərabərdir.

Məlumatda qeyd edilir ki, Gürcüstandan Azərbaycana ixracın həcmi 90 008,5 min dollar və ya 68,83% (3,2 dəfə) azalaraq 40 764 min dollara, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 4328,8 min dollar yaxud 1,56% azalaraq 223 555,8 min dollara düşüb.