Gürcüstandan Azərbaycana motosiklet gətiriləcək – - Qərar

gurcustandan-azerbaycana-motosiklet-getirilecek-
Oxunma sayı: 2224


Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında bu barədə razılıq əldə olunub.

Razılığa əsasən 10 avqust 2015-ci il tarixindən Azərbaycan Respublikasının Gürcüstanla sərhədində “Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb

İş rejimi Bakı vaxtı ilə 08:00-dan 20:00-dək müəyyən edilib.

Murad Əhməd

“Qafqazinfo”