Gömrükçülər narkotik vasitə aşkarlayıb.
“Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz 250D” markalı avtomobilə gömrük baxışı keçirilib.
Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa sağ qapısında, külqabının içərisində 2 ədəd bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər