Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyyə olunur

gurcustandan-daha-250-nefer-azerbaycana-texliyye-olunur
Oxunma sayı: 1105

Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, 4-ü isə Rusiya vətəndaşıdır.

Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.

Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyyəsi təmin edilib.