Gürcüstandan gələn “06” saxlanıldı

gurcustandan-gelen-06-saxlanildi
Oxunma sayı: 1358

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda - ayaqaltı hissəsinə qoyulan yüklərin altında üzərində "Hlibny Dar" yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində "Gold Mount" yazılan 4800 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.