Gürcüstandan narkotik daşıyan ermənilər tutuldu

gurcustandan-narkotik-dasiyan-ermeniler-tutuldu
Oxunma sayı: 1482

Gürcüstan-Rusiya sərhədində içərisində kokain və həşiş olan avtobus saxlanılıb.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, gömrük xidmətinin məlumatına görə, avtobusu Ermənistan vətəndaşı idarə edib. Nəqliyyat vasitəsində 149 qram kokain, 64 qram həşiş aşkarlanaraq götürülüb. Faktla bağlı Ermənistanın 3 vətəndaşı saxlanılıb, sərnişinlər isə sorğu-sual edilib.

Faktla bağlı cinayət işi açılıb. Qadağan edilmiş əşyaların daşınmasına görə saxlanılanları 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, avtobus Ermənistana gedirmiş.