Gürcüstandan qanunsuz yolla gətirilən əşyalar aşkarlandı

Gürcüstandan qanunsuz yolla gətirilən əşyalar aşkarlandı
Oxunma sayı: 1359

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Toyota-Camry" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, bu zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının baqajının sağ və sol tərəflərində 29 ədəd üzərində "AirPods" yazılan qulaqlıq, 3 ədəd üzərində "Samsung Gear S3 frontier" və 4 ədəd üzərində "Samsung Galaxy Watch" yazılan saatlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi