Gürcüstandan Qarabağda keçirilən “seçki” ilə bağlı - - Bəyanat

gurcustandan-qarabagda-kecirilen-secki-ile-bagli-
Oxunma sayı: 1367


“Qafqazinfo” xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanat yayıb.  Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”nin legitimliyi yoxdur, həmçinin işğal olunmuş Azərbaycan  torpaqlarında seçki keçirilməsi beynəlxalq hüququn ciddi pozuntusu deməkdir.

Gürcüstan XİN-i tərəflərin Dağlıq Qarabağ münaqişəsinin tez zamanda dinc yolla həlli istiqamətində səylərini davam etdirəcəyinə ümid etdiyini bildirib.