“Qərb etirazçılara qarşı guya qəddarcasına güc tətbiq edildiyinə görə Gürcüstan hakimiyyətinə daim hücum edir və qorxudur, Ermənistana gəldikdə isə susur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.
“Bu da ikili standartlardır. Ermənistanda baş verən çoxminlik etirazlara gəldikdə isə, Qərb elə təəssürat yaradır ki, elə bil heç nə baş vermir”, - deyə o əlavə edib.