Gürcüstanı yenidən etiraz dalğası bürüdü - Fotolar

gurcustani-yeniden-etiraz-dalgasi-burudu
Oxunma sayı: 1608

Gürcüstanda parlament seçkilərinin proporsional və majoritar sistemlərin tətbiqi ilə keçiriləcəyi yönündə verilmiş qərardan sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu yay etiraz edən “Stıdno” gənclər hərəkatı səhər saatlarından yenidən nümayişlərə başlayıb. Minlərlə insan Tbilisinin mərkəzində parlament binasının qarşısına toplaşaraq mövcud qərara etiraz edirlər.

Hazırda Rustaveli prospektində yolun hərəkət hissəsi bağlanıb.

Gənclər hərəkatı bütün parlament girişlərinin bloklandığını elan ediblər.

Etiraz hərəkatının liderlərindən biri Şota Diqmelaşvili bildirib ki, hakimiyyət həm onları, həm də bütövlükdə xalqı aldadıb. Buna görə də onlar artıq nə danışıqlar aparacaqlar, nə də hökumətə güzəşt edəcəklər.

Bu məqamda bildirək ki, hakim “Gürcü arzusu- demokratik Gürsüctan” partiyası bu ilin iyununda nümayişçilərin kütləvi etiraz aksiyalarından sonra parlament seçkilərinin qarışıq sistemdən proporsional sistemə keçəcəyini bəyan edib. Lakin bu gün keçirilən səsvermə zamanı əksər deputatların düzəliş əleyhinə olduğu ortaya çıxıb. Partiya liderlərinin xahişlərinə baxmayaraq qanun layihəsini icra etməyiblər.