Gürcüstanın “Avroviziya 2022” mahnısının - Klipi

gurcustanin-avroviziya-2022-mahnisinin
Oxunma sayı: 1635

Gürcüstanı “Eurovision 2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək “Circus Mircus” qrupu “Lock Me In” mahnısına çəkilmiş klipi təqdim edib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, qrup öz üslubunu dəyişməyib və sirk mövzusunu davam etdirərək parlaq, ekstravaqant kostyumları olan atmosferli klip təqdim edib.

Baş rolu sirk arenasında parlaq kloun geyimində oxuyan Uta Bekaya oynayıb. Onunla birlikdə səhnədə başqa personajları görə bilərsiniz.

Qeyd edək ki, 2010-cu ildə yarandığı gündən bəri qrup müxtəlif janrlarda on musiqi videosu yayımlayıb. Qrup üzvləri deyirlər ki, “Circus Mircus” misilsiz audiovizual təcrübə yaratmaq üçün müxtəlif sahələrdən onlarla peşəkarı bir araya gətirən qrupdur.

Xatırladaq ki, “Avroviziya 2022” mayda Turində keçiriləcək. Müsabiqəyə 41 ölkədən iştirakçılar qatılacaq.