Gürcüstanın Azərbaycandakı eks- səfiri Ukraynaya səfir göndərildi

Gürcüstanın Azərbaycandakı eks- səfiri Ukraynaya səfir göndərildi
Oxunma sayı: 551

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Teymuraz Şaraşenidze Ukraynaya səfir təyin olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan başqa, Gürcüstan hökuməti Konstantin Jqentini Küveytə, Ketevan Baqration-Muhranbatonini isə Vatikana səfir təyin edib. 

Qeyd edək ki, T. Şaraşenidze 2011-2018-ci illərdə Gürcüstanın Azərbaycandakı, 2004-2008-ci illərdə isə Bolqarıstandakı səfiri olub. Diplomat uzun müddət Türkiyə və Bolqarıstanda Gürcüstanın baş konsulu vəzifəsini icra edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi