Gürcüstanın baş infeksionisti Tengiz Tsertsvadze vəfat edib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, o, 76 yaşında ölüb.
Qeyd edək ki, T. Tsertsvadze 2007-ci ildən İnfeksion Patologiyalar, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin baş direktoru vəzifəsində çalışırdı.