Gürcüstanın baş naziri Azərbaycana gəlir

gurcustanin-bas-naziri-azerbaycana-gelir
Oxunma sayı: 1494

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin avqustun 30-da Azərbaycana səfəri nəzərdə tutulub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət dəftərxanası məlumat yayıb. İki gün davam edəcək səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Bu görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.