Gürcüstanın baş naziri koronavirusa yoluxdu

gurcustanin-bas-naziri-koronavirusa-yoluxdu
Oxunma sayı: 949

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusun “omicron” ştamına yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.

Xatırladaq ki, İ.Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, koronavirus əleyhinə tam peyvənd olunub.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökumətinin dörd naziri də koronavirusa yoluxub.