Gürcüstanın böyük hissəsi işıqsız qalıb

gurcustanin-boyuk-hissesi-isiqsiz-qalib
Oxunma sayı: 3490

Türkiyədən Gürcüstana elektrik enerjisi idxal edən 400 kilovatt gücə malik “Mesxeti” elektrik ötürücü xəttində baş vermiş qəza ölkənin böyük hissəsini işıqsız qoyub.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Qəza nəticəsində Türkiyədən elektrik enerjisi idxalı dayanıb.

Hazırda Tbilisinin bəzi ərazilərində, Batumi, Kobuleti, Kutaisi və Potidə elektrik enerjisi yoxdur.

Bərpa işləri aparılır.