Güclü külək və yağış Gürcüstanın Qurcaani şəhərində də ciddi fəsadlar törədib.
“Qafqazinfo” gürcü mətbuatına istinadən xəbər verir ki, külək beş yaşayış binasının damını uçurub, həmçinin Vejini, Kolaqi, Bakurtsixe, Velistsixe və Kardenaxi də daxil olmaqla müxtəlif kəndlərdə 70-ə yaxın evin dam örtüyünə ziyan vurub.
Bundan başqa, külək çoxillik ağacları kökündən qoparıb, qaz xəttini və elektrik xətlərini zədələyib, nəticədə bəzi abonentlər işıqsız və təbii qazsız qalıb.
Təbii fəlakətdən zərər çəkənlər üçün qaynar xətt yaradılıb.
Son xəbərlər
Son Xəbərlər