Gürcüstanın DİN rəhbəri Dmanisidə saxlanılanlardan danışdı

gurcustanin-din-rehberi-dmaniside-saxlanilanlardan-danisdi
Oxunma sayı: 3724

"Dmanisi rayonunda baş vermiş insidentlə bağlı istintaq davam edir".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri söyləyib.

Onun sözlərinə görə, azərbaycanlılarla svanlar arasındakı qarşıdurma ilə bağlı hələ heç kim həbs olunmayıb.

Nazir bildirib ki, qarşıdurmada iştirak edən bir neçə şəxs hazırda polis bölməsində saxlanılır və onlar dindiriləndən sonra sərbəst buraxılacaq. İnsidentlə bağlı istintaq davam etdirilir.

Qomelaurinin sözlərinə görə, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub. Bununla belə, əlavə polis qüvvələri bu gecə ərzində Dmanisidə qalacaq.