Gürcüstanın DİN rəhbəri hesabat verməli olacaq

gurcustanin-din-rehberi-hesabat-vermeli-olacaq
Oxunma sayı: 1325

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri iyulun 18-i parlament qarşısına çıxacaq.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü nazir iyulun 5-6-da Tbilisidə baş vermiş hadisələrlə bağlı deputatların suallarına cavab verməli olacaq.

Məlumata əsasən, V. Qomelauri artıq iyulun 12-si diplomatik korpusla görüşüb. Görüş zamanı diplomatlar paytaxtda baş vermiş son hadisələr, həmçinin ictimai asayişin və vətəndaşların sərbəst toplaşma və ifadə azadlıqlarının qorunması üçün görülmüş tədbirlər barədə detallı məlumatlandırılıblar.