Gürcüstanın eks-Prezidentinin oğlu yaxın həftələrdə komadan çıxarılacaq

gurcustanin-eks-prezidentinin-oglu-yaxin-heftelerde-komadan-cixarilacaq
Oxunma sayı: 1561

Türkiyəli həkimlər Gürcüstanın birinci Prezidenti Zviada Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanı yaxın həftələrdə komadan çıxaracaqlar. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Rustavi 2” telekanalı Qamsaxurdiyanın həyat yoldaşı Anna Cabauriyə istinadən xəbər verib.  

“Pasiyentin vəziyyəti dəyişməyib. Yeni xəbərlərim yoxdur. Mən Tsotneni görmüşdüm, o, narkoz altında idi, və həkimlərin tövsiyyələrinə görə, onu hələ iki həftə oyatmayacaqlar. Onlar hesab edir ki, belə lazımdır. Mənə, həmçinin, Tsotenin həyati təhlükəsi olmadığını deyiblər, onun vəziyyəti stabildir”, - Cabauri bildirib.

Xatırladaq ki, Tsotne Qamsaxurdiya dekabrın 19-da axşam Tbilisinin mərkəzi küçələrinin birində bıçaqlanıb. Hadisə şahidlərinin sözlərinə görə, o, evdən çıxarkən bir neçə nəfər ona hücum edib. Yaşanan dava zamanı o, bir neçə bıçaq yarası və küt alətlə başından zərbə alıb.

Gürcüstanın birinci Prezidentinin oğluna hücum etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb. Onlara qarşı müvafiq maddələrlə ittihamlar irəli sürülüb.