Gürcüstanın əsas müxalifət partiyasının sədri istefa verdi

gurcustanin-esas-muxalifet-partiyasinin-sedri-istefa-verdi
Oxunma sayı: 3217

Gürcüstanın əsas müxalifət təşkilatı olan “Vahid Milli Hərəkat” Partiyasının (UNM) sədri Levan Xabeişvili vəzifəsini tərk edib.

“Qafqazinfo” “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu haqda L.Xabeişvili keçirdiyi brifinqdə bildirib.

O, istefa qərarını səhhətinə görə qəbul etdiyini açıqlayıb.

Onun postuna partiyanın parlament fraksiyasının rəhbəri Tina Bokuçavanın keçəcəyi qeyd olunub.