Gürcüstanın keçmiş müdafiə naziri prezidentin müşaviri təyin edildi

gurcustanin-kecmis-mudafie-naziri-prezidentin-musaviri-teyin-edildi
Oxunma sayı: 1491

Eduard Şevardnadzenin prezident olduğu illərdə Gürcüstanın Müdafiə Nazirliyinə rəhbərlik etmiş David Tevzadze dövlət başçısının strateji planlaşdırma üzrə baş müşaviri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Gürcüstanın prezident administrasiyasının mətbuat xidmətindən bildirilib. 
“Bəli, təsdiq edirəm ki, o Gürcüstan prezidentinin strateji planlaşdırma üzrə baş müşaviri təyin edilib. O, artıq öz vəzifəsinin icrasına başlayıb", - mətbuat xidmətinin əməkdaşı deyib. 

Qeyd edək ki, Tevzadze 1998-ci ildə respublikanın müdafiə naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı təyin edilib. O, bu vəzifəni 2004-cü ilə qədər tutub.