Gürcüstanın keçmiş müdafiə naziri saxlanıldı

gurcustanin-kecmis-mudafie-naziri-saxlanildi
Oxunma sayı: 1831

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yayıb. 

Bildirilib ki, sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada ittiham edilərək tutulub. 

O, 2021-ci ildən 2024-cü ilə qədər Gürcüstanın müdafiə naziri olub.