“NATO-nun Gürcüstana, Gürcüstanın da NATO-ya ehtiyacı var. Gürcüstanın artıq NATO-ya üzv olmasının vaxtı çatıb”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-nun yaradılmasının 72-ci ildönümü münasibətilə yaydığı açıqlamada deyib.
Baş nazir bildirib ki, ölkəsi NATO-nun qlobal təhlükəsizlik əməliyyatlarında yaxından iştirak edir:
“Gürcüstanın NATO-nun tamhüquqlu üzvü olmasının vaxtı çatıb. Bu məsələni keçən ay Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə müzakirə etdik”.
“İttifaqın Qara dəniz bölgəsinə doğru genişlənməsinin Avropa ilə dünya təhlükəsizliyi üçün bir şərt olduğuna və NATO-nun Gürcüstana, Gürcüstanın da NATO-ya ehtiyacı olduğuna inanırıq”, - o əlavə edib.
Son xəbərlər
Son Xəbərlər