Gürcüstanın sabiq Baş Naziri Tengiz Siqua 85 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Siquanın evindən edilən çağırışla gələn təcili yardım həkimləri artıq onun keçindiyini görüblər. Siquanın ölüm səbəbi bilinmir.
Qeyd edək ki, Tengiz Siqua 1990-cı ilin 15 noyabrından 1991-ci ilin 18 avqustuna kimi Gürcüstanın Nazirlər Şurasının sədri olub. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq Baş nazirin vəzifələrini icra edən Siqua 1992-ci ildə parlament tərəfindən bu posta təsdiqlənib və 1993-cü ilin avqustunadək vəzifəsini icra edib.
O, Gürcüstanın yeni tarixində ikinci Baş nazir olub.
Son xəbərlər
Son Xəbərlər