Gürcüstanın təhlükəsizliyinə o cavabdeh olacaq

gurcustanin-tehlukesizliyine-o-cavabdeh-olacaq
Oxunma sayı: 1046

Gürcüstan parlamenti 84 səslə Georgi Liluaşvilini Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri postuna təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, o, 6 il ərzində quruma rəhbərlik edəcək.

Qeyd olunur ki, Luluaşvili 2017-ci ilin dekabrından Dövlət Təhlükəsizliyi Xidmətində fəaliyyət göstərir. Buna qədər o, millət vəkili olub. Regional siyasət və özünüidarə komitəsinə rəhbərlik edib.