Gürcüstanın ticarət şəhəri su altında -

gurcustanin-ticaret-seheri-su-altinda-
Oxunma sayı: 766


“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, təbii fəlakət zamanı ən çox ziyan Potinin Nabadi rayonuna dəyib. Rayon mərkəzində və ətraf bölgələrdə evlərin birinci mərtəbələri, ticarət obyektləri və təsərrüfat sahələri su altında qalıb. Əhaliyə və şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Güclü külək və qasırğa enerji sistemini sıradan çıxarıb və bu səbəbdən də su nasosları işləmir.

Bu gün axşama yaxın şəhərə elektrik enerjisinin verilməsi bərpa olunub və təmir-bərpa işlərinə başlanılıb.

“Qafqazinfo”