Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani tutduğu vəzifədən istefa verib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri İrakli Qaribaşvili açıqlayıb.
Onun sözlərinə görə, Zalkaliani Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub.
Bununla yanaşı, Gürcüstanın xarici işlər naziri vəzifəsinə İliya Darçiaşvili təyin olunub.
Fotoda İliya Darçiaşvili

Son xəbərlər
Son Xəbərlər