Gürcüstanın XİN rəhbəri Türkiyəyə səfərə hazırlaşır

gurcustanin-xin-rehberi-turkiyeye-sefere-hazirlasir
Oxunma sayı: 659

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Türkiyəyə səfər edəcək.

"Qafqazinfo" gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancqava Birinci kanala müsahibəsində deyib. Onun sözlərinə görə, XİN rəhbəri Türkiyə və Gürcüstan arasında Ankarada keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edəcək.

Səfir qeyd edib ki, son 30 ildə iki ölkə arasında münasibətlər çox intensivdir:

"Bizim əlaqələrimiz inkişaf edir. Hazırda biz bu inkişafın tamamilə yeni mərhələsinə çatmışıq. Türkiyə bizim strateji tərəfdaşımız, dostumuz və qonşumuzdur".