Gürcüstanın Tokiodakı səfiri Teymuraz Lejavaya və onun sürücüsünə hücum olunub.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə tviterdə bildirib.
Hadisə Tokionun mərkəzində, səfirlik binasının yaxınlığında baş verib.
Bir nəfər səfirin maşınına yaxınlaşıb, sürücünün yaxasından tutub və onu avtomobildən düşürtməyə çalışıb.
“Gözlənilmədən avtomobilin qapısını açdı və hücum etdi. Bu, biabırçılıqdır”, - səfir yazıb.
Hadisəni telefonunun yaddaşına köçürən T. Lejava da hücuma məruz qalıb.
Xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Son xəbərlər
Son Xəbərlər