Gürcüstanın yeni Baş Naziri sabah Azərbaycana gəlir

gurcustanin-yeni-bas-naziri-sabah-azerbaycana-gelir
Oxunma sayı: 1268

Gürcüstanın yeni Baş Naziri Georgi Qaxariya ilk rəsmi səfərini oktyabrın 9-da Azərbaycana edəcək.

“Qafqazinfo”nun Gürcüstan hökumətinin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, siyasətçi növbəti həftə Ermənistana, cari ayın sonlarında Türkiyəyə gedəcək.

Məlumata görə, Qaxariyanın səfər planında Brüssel də yer alıb. Bundan əlavə bildirilir ki, o, Rusiyaya səfər etməyəcək.

Qeyd edək ki, G. Qaxariya sentyabrda Baş Nazir seçilib. Buna qədər o, Daxili İşlər naziri olub.