Gürcüstan hökümətinin tərkibində yeni təyinat olub.
“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, İlya Eloşvili Gürcüstanın Energetika naziri təyin olunub. Bu barədə hökumətin bugünkü iclasında baş nazir Georgi Kvirikaşvili bildirib.
Qeyd edək ki, Kaxa Kaladze Tbilisi meri postuna namizəd kimi təqdim edildikdən sonra Energetika naziri postu boş qalmışdı.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər