Gürcüstanın yeni Müdafiə naziri qadın ola bilər+ - Namizədliyi irəli sürüldü

gurcustanin-yeni-mudafie-naziri-qadin-ola-biler
Oxunma sayı: 1846


“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, söhbət parlamentin deputatı Tina Xidaşelidən gedir. Deputat özü isə məlumatı nə təkzib, nə də təsdiq edib.

Xatırladaq ki, Gürcüstanda 7 nazir istefaya getdikdən sonra parlamentdə yeni hökumətin tərkibinin təsdiqlənməsi üçün həftə ərzində etimad səsverməsi keçirilməsi nəzərdə tutulub. Baş nazir hökumət üzvlərinin adlarını müəyyənləşdirdikdən sonra Nazirlər Kabinetinin yeni tərkibi prezidentə təqdim ediləcək.

***

Gürcüstan baş naziri İrakli Qaribaşvili Müdafiə naziri postuna deputat Tina Xidaşelinin namizədliyini irəli sürüb. Aralarında Müdafiə naziri də olmaqla Baş nazirin təqdim etdiyi 3 yeni nazir postuna namizədlər parlamentin etimad səsverməsindən sonra təsdiqlənəcək.