Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
Xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarını qarşılayıb.
***
Tərəflər arasında təkbətək görüş keçirilib.
***
XİN rəhbərlərinin geniş tərkibdə görüşü baş tutub.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.
Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.
Qeyd edək ki, M.Boçorişvili 2024-cü ilin noyabrından Gürcüstanın XİN rəhbəridir.