Gürcüstanın Yerevandakı səfirinin xidməti maşını qarət olundu

gurcustanin-yerevandaki-sefirinin-xidmeti-masini-qaret-olundu
Oxunma sayı: 650

Yerevanda naməlum şəxslər Gürcüstanın Ermənistandakı səfirinin xidməti avtomobilini qarət ediblər.

“Qafqazinfo” “Shamshyan.com” saytına istinadən xəbər verir ki, dekabrın 13-dən 14-nə keçən gecə paytaxtın mərkəzindəki Tumanyan prospektində səfirliyə məxsus “Mercedes” markalı avtomobilin şüşələri sındırılaraq oradan sayı açıqlanmayan pul oğurlanıb.

Qeyd olunur ki, faktla bağlı polisdən və Gürcüstan səfirliyindən şərh almaq mümkün olmayıb.