Gürcüstanla Ermənistan arasında - Hərbi əməkdaşlıq proqramı

gurcustanla-ermenistan-arasinda
Oxunma sayı: 1326

Gürcüstanla Ermənistan arasında 2016-cı il üzrə hərbi əməkdaşlıq proqramı imzalanıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, sənədi İrəvanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Ermənistanın müdafiə naziri Seyran Ohanyan imzalayıblar.

İnformasiyada bildirilib ki, iki ölkə arasında əməkdaşlıq 2010-cu ildən başlayaraq, plan əsasında qurulur. Bu proqramda sülhməramlıların fəaliyyəti, hərbi təhsil və hazırlığa üstünlük verilir.

Qeyd edək ki, fevralın 1-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşili İrəvana rəsmi səfər edib.