Gürcüstanla sərhəddə Azərbaycan vətəndaşları saxlanıldı - 5-i azyaşlıdır

gurcustanla-serhedde-azerbaycan-vetendaslari-saxlanildi
Oxunma sayı: 4728

Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-qanuni miqrasiya ilə mübarizə sahə­sində fəaliyyətlər davam etdirilir.

“Qafqazinfo” DSX-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, mayın 21-də saat 02:12 radələrində Qazax rayonunun II Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib. Dərhal sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb və ərazi qapadılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı onlardan 1997-ci il təvəllüdlü Bukavadze Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə görə axtarışda olması müəyyənləşib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.