Martın 6-7-də Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində gürcüstanlı nazirin martın 7-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər