“Qafqazinfo” xəbər verir ki, Millət vəkili Qənirə Paşayevanın və Miras təşkilatının rəhbəri Fariz Xəlilin müşayiəti ilə qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edilib. Millət vəkili qonaqlara 20 Yanvar faciəsi, Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları barədə geniş bilgi verib. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Qız qalasını və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Miras İB-nin layihəsi əsasında Azərbaycana səfərə gələn qonaqlarla görüşdə millət vəkili Qənirə Paşayeva bu cür layihələrin önəmini vurğulayaraq Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq bu cür layihələrə hər zaman dəstək verməkdən məmun olduqlarını deyib və gələcəkdə də bu istiqamətdə layihələrə hər zaman dəstək göstərəcəklərini deyib. O, bildirib ki, Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir və gənclərimizin biri-birini daha yaxından tanıması, əməkdaşlıq qurmaları istiqamətindəki layihələrin bundan sonra daha da genişlənməsinə böyük ehtiyac var.
Son xəbərlər
Son Xəbərlər