“Gurultulu bəyanatlar verməyəcəm” - Emin Mahmudov

“Gurultulu bəyanatlar verməyəcəm”
Oxunma sayı: 857

“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən kapitan azarkeşlərə səslənib.

- Kapitan, yeni mövsümə hazırlıqlar necə gedir?

- Toplanışın başlanğıcıdı deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.

- Komandaya yeni qoşulanlar necə təsir bağışlayır? İlk təəssüratların necədi?

- Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının iştirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.

- "Neftçi” olmaq necə hissdi?

- Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdu.

- Komandanın lideri olaraq Avroliqa və çempionatdan gözləntilərin nədi?

- İndi gurultulu bəyanatlar verməyəcəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdı.

- Bu yolda azarkeşlərə bir kapitan olaraq nə demək istərdiniz?

- Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi