“Guya “Eurovision2012” nın paytaxtı Romaya köçürülüb”

guya-eurovision2012-nin-paytaxti-romaya-kocurulub
Oxunma sayı: 641

Florida ştatında çıxan “Headline Surfer” internet qəzetinin redaktoru Henri Frederik Obamanın İran siyasəti haqqında yazır ki, Ağ ev İrana qarşı Azərbaycan-İsrail müqaviləsinin olması haqqında məlumatı yayandan sonra, Obama administrasiyası hər iki ölkəni zərbə altında qoydu. Obama İsraili çətin vəziyyətə salaraq bütün günahları Qafqazda ABŞ-ın ən yaxın strateji tərəfdaşını olan Azərbaycanın üstünə atmağa çalışdı.
Digər tərəfdən, daha bir ABŞ-ın tanınmış WNWI radiosunda bir sıra tanınmış siyasətçi bildirmişdir ki, ABŞ Azərbaycanı anti-İran qüvvəsi adlandırmaqla, böyük bir yanlışlığa yol vermişdir. İranda hər gün demək olar ki, Azərbaycanın əleyhinə şüarlar səslənir, onun xarici siyasəti tənqid olunur.
Radio həmçinin Avropa ölkələri tərəfindən “Eurovision-2012” mahnı müsabiqəsinə qarşı aparılan “qara piar”a da toxunaraq bildirib ki, bəzi Avropa ölkələrində belə xəbərlər yayılıb ki, guya “Eurovision2012” nın paytaxtı Romaya köçürülüb. Hətta bir çoxları öz biletlərinin də geri qaytarmaq istəyirmiş. Lakin tezliklə bu xəbər bütün saytlardan yığışdırıldı. Bu bir daha Azərbaycana qarşı məqsədyönlü şəkildə “qara piar”ın aparıldığını sübut etdi. Qeyd olunur ki, guya bu xəbər KİV-lərdə “Evrovizion”un rəsmi saytına istinadən yayılıb. Amma nə “Eurovizion”un saytında, nə də başqa bir mənbədə belə bir məlumata rast gəlinməyib. Bütün bunlar bir daha Azərbaycana qarşı “qara piar” kampaniyasının aparıldığını sübut edir.

Vesti.az