“Güzəştlərdən sonra elektromobillərin idxalı artıb”

guzestlerden-sonra-elektromobillerin-idxali-artib
Oxunma sayı: 1957

“Güzəştlər tətbiq olunandan sonra elektromobillərin idxalında artım müşahidə olunur”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri səlahiyyətlərini icra edən Muxtar Babayev bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib. 

Nazir qeyd edib ki, 2023-cü ildə 2021-ci illə müqayisədə 20 dəfəyədək daha çox elektromobil idxal olunub: “Eyni zamanda bu yaxınlarda qəbul olunan köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində avtomobil sahiblərinə güzəştlər təklif etməklə yerli avtomobil istehsalı, ekoloji dayanıqlılıq və təkrar emal təşviq edilir. Ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və aqrobağların salınması işləri həyata keçirilir. Təkcə 2023-cü il ərzində ölkə ərazisində 4 milyona yaxın ağac əkillib”.

Zaur Mirzə