“Mançester Siti”nin hücumçusu Erlinq Haaland ata olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçu qol sevincini qeyd edərkən bildirib.
O, UEFA Millətlər Liqasının 3-cü turunun Norveç - Sloveniya (3:0) oyununda dubl edib.
24 yaşlı forvard 2-ci qolu qeyd edərkən, topu formasının altına yerləşdirib və sevgilisinin hamilə olduğuna işarə edib.