Haaland bunu 3-cü dəfə bacardı

haaland-bunu-3-cu-defe-bacardi
Oxunma sayı: 2659

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı futbolçusu seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumatı yayıb.

24 yaşlı norveçli avqust ayında İngiltərə çempionatının 3 oyununda 7 qol vurub.

Qeyd edək ki, Haaland karyerasında üçüncü dəfədir bu mükafata layiq görülür. Bundan əvvəl o, 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.