Haaqa Məhkəməsi Ermənistanın bu iddialarını rədd etdi

haaqa-mehkemesi-ermenistanin-bu-iddialarini-redd-etdi
Oxunma sayı: 3774

Ermənistanın sentyabrda Azərbaycan əleyhinə qaldırdığı iddialar əsasında BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

Bundan başqa, Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları da təmin olunmayıb.

Bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Məhkəmə, həmçinin, Ermənistanın irqi düşmənçiliyi qızışdırması və təbliğ etməsi ilə bağlı azərbaycanlılara dəyən zərərin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edib.

“Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, irqi düşmənçiliyin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”, - məhkəmə qərarında bildirilir.